Çin Rusiya ilə ticarətdən imtina etmək niyyətində deyil

post-img

Çinin Rusiya Federasiyası ilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq hüququ tapdalanmamalıdır. Aprelin 29-da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ABŞ dövlət katibi Antoni Blinkenin Pekinin Moskvaya dəstəyini dayandırmayacağı təqdirdə Vaşinqtonun tədbir görəcəyi ilə bağlı hədələrini şərh edib. Məlumatı “İzvestiya.ru” verib.

“Çinin bütün dünya ölkələri, o cümlədən Rusiya ilə bərabərlik və qarşılıqlı fayda əsasında normal ticarət və iqtisadi mübadilə hüququ pozulmamalı və ya qırılmamalıdır”, - o deyib. 

Lin Jian həmçinin vurğulayıb ki, Pekin Ukrayna böhranının nə təşəbbüskarı, nə də onun tərəfi deyil. Onun sözlərinə görə, Çin heç bir şəkildə “ocağa yanacaq atmır” və münaqişədən faydalanmaq fürsətindən istifadə etmir.

Qeyd edək ki, aprelin 26-da ABŞ rəsmisi Çini Rusiya Federasiyasına ikiqat dəyərli (sənaye məqsədləri üçün istifadə olunan) mallar verməkdə ittiham edib . Dövlət katibi qeyd edib ki, “soyuq müharibənin bitməsindən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhdid” Rusiyadır və ona dəstək Çinin Avropa ölkələri ilə münasibətləri gücləndirməsinə kömək etməyəcək.

 

P.ƏMİRCANOV

XQ

Dünya