Aprelin 22-də Bağdadda İraq, Türkiyə, Qətər və BƏƏ arasında “İnkişaf Yolu” layihəsi çərçivəsində əməkdaşlığa dair dördtərəfli anlaşma memorandumu imzalanıb. Xəbəri “Anadolu” verib.
Bağdaddakı Hökumət Sarayında imzalanan anlaşma memorandumu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin himayəsi altında baş tutub.
İmzalanma mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu, İraqın nəqliyyat naziri Rezzak Muhaibis, Qətərin nəqliyyat və kommunikasiya naziri Qassim bin Seyf əl-Sulaiti və BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohammed Al Mezroui də iştirak ediblər.
P.ƏMİRCANOV
XQ