Xankəndidə silah-sursat aşkarlanıb

post-img

Xankəndidə silah-sursat aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 22-də Xankəndi şəhəri ərazisindən 4 müxtəlif markalı avtomat silahı, 2 tüfəng, 2 tapança, 8 qumbara, 3 alışdırıcı, 2 partlayıcı, 18 patron darağı, 1930 müxtəlif çaplı patron, 7 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

 

Sosial həyat