Britaniyalı Kristofer Berri və Kristofer Keş Çinə casusluqda ittiham olunurlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd edilir ki, 2021-ci ilin dekabrından 2023-cü ilin fevralına qədər həmin şəxslər dövlətin təhlükəsizliyinə və maraqlarına xələl gətirən, birbaşa və ya dolayısı ilə düşmənə faydalı ola biləcək məlumatları əldə edib və yayıblar. Onlar zaminə buraxılıblar və aprelin 26-da Vestminster Magistr Məhkəməsində hakim qarşısına çıxacaqlar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London