Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdadda iraqlı həmkarı Əbdül Lətif Rəşidlə görüşüb. Danışıqlar Bağdad Sarayının iqamətgahında mətbuata qapalı keçirilib. Məlumatı “Anadolu” verib.
Türkiyə prezidenti bu gün İraqa rəsmi səfərə gəlib.
Səfərdə Türkiyə liderini xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, Prezident Administrasiyasının idarə rəhbəri Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edirlər.
Birgünlük səfər çərçivəsində baş nazir Məhəmməd Şia əl-Sudani ilə də görüş planlaşdırılır. Ərdoğan səfəri çərçivəsində Ərbil şəhərinə səfər edəcək.
P.ƏMİRCANOV
XQ