Şolts ABŞ-ın Kiyevə yardımını güclü siqnal adlandırıb

post-img

Almaniyanın federal kansleri Olaf Şolts ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım üçün 61 milyard dollar ayırması qərarını güclü siqnal adlandırıb. Bunu kansler X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Birləşmiş Ştatlar Nümayəndələr Palatasının Ukraynanı dəstəkləmək qərarı indiki zamanda güclü siqnaldır”, - Şolts qeyd edib.

O vurğulayıb ki, Qərb “öz azad, demokratik və müstəqil ölkələri uğrunda mübarizə aparan” ukraynalıları dəstəkləyir.

S.ELAY

XQ

Dünya