ABŞ və Niger Amerika qoşunlarının çıxarılması üçün plan hazırlayacaq

post-img

ABŞ və Niger Amerika qoşunlarının Afrika ölkəsindən çıxarılması planını hazırlamağa başlayacaq.

"İnterfaks" xəbər verir ki, bu barədə Associated Press (AP) Dövlət Departamentinə istinadən məlumat yayıb.

“Nigerin baş naziri Əli Lamine Zein və ABŞ dövlət katibinin müavini Kurt Kempbell hər iki ölkənin ABŞ qoşunlarının çıxarılmasını planlaşdırmağa başlayacağına dair razılığa gəliblər”, - məlumatda deyilir.

Amerika qoşunlarının Nigerdən çıxarılmasının vaxtı ilə bağlı hələlik məlumat yoxdur. Yaxın günlərdə ABŞ və Niger arasında bu istiqamətdə gələcək addımlar üzrə danışıqlara başlanacağı gözlənilir.

S.ELAY

XQ

Dünya