İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub

post-img

Aprelin 20-də Naxçıvan seysmoloji stansiyasından 76 kilometr cənub-qərbdə - İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 22:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.6-ya bərabər olub.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babəkdə 3 bala qədər hiss olunub.

Hadisə