Qazaxıstanda daşqın bölgələrindən 113 mindən artıq insan təxliyə edilib

post-img

Qazaxıstanın Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksək rütbəli zabiti Yerasıl Saypaş bildirib ki, daşqın başlayandan bəri Qazaxıstanın regionlarında 113,7 minə yaxın insan təxliyə edilib, onlardan 13 mindən çoxu evlərinə qayıdıb. Məlumatı respublikanın Fövqəladə Hallar Nazirliyinə istinadən “İnterfaks.ru” yayıb.

“Ümumilikdə, daşqın başlayandan 113 693 nəfər xilas edilərək təxliyə edilib ki, onlardan 39 922 nəfəri uşaqdır, 13 543 nəfəri evlərinə qayıdıb, 7 014 nəfər təxliyə məntəqələrindədir, onlardan 3 144 nəfəri uşaqdır” – deyə Saipaş bu gün Astanada keçirdiyi brifinqdə bildirib.

Saypaş fermalardan 107 613 baş heyvanının təhlükəsiz yerə aparıldığını bildirib. Onun sözlərinə görə, “Akmola, Aktobe, Kostanay, Atırau və Şimali Qazaxıstan vilayətlərində 3570 yaşayış binasından və 5708 fərdi yaşayış binasından, 1609 həyətyanı sahədən və 2035 bağ evindən su çəkilib”.

Ümumilikdə, Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər, Mülki Müdafiə nazirlikləri, yerli icra hakimiyyəti orqanları və təşkilatların 34 min nəfər canlı qüvvəsi və 4242 ədəd texnikası, 890 su nasosu və 335 üzən texnikası, 19 təyyarəsi xilasetmə əməliyyatlarına cəlb olunub.

 

P.ƏMİRCANOV

XQ

Dünya