Bayden Trampı ABŞ demokratiyası üçün ən böyük təhlükə adlandırıb

post-img

ABŞ prezidenti Co Bayden Donald Trampı ABŞ-da “azadlıq və demokratiya” üçün ən böyük təhlükə adlandırıb.

"Donald Tramp. Ciddi,” -o, ispandilli "Univision" televiziya şəbəkəsinə verdiyi müsahibədə ABŞ üçün əsas təhlükənin nə olduğuna inandığı sualına cavabında deyib. “Donald Tramp çıxışında “Konstitusiyanı məhv edəcəyik” kimi ifadələrdən istifadə edir. O, birinci gün diktator olacaq”, - deyə Bayden bildirib.

ABŞ prezidenti qeyd edib ki, Tramp onun bəzi maddələrini yersiz hesab edərsə, onlara əməl etməyəcəyini açıqlayıb. “Bunu yer üzündə kim deyə bilər? Bunu əvvəl kim deyib? Onun Konstitusiyaya çox, çox qeyri-sağlam baxışı var”, - deyə Bayden əlavə edib.

"O, öz kabinetində oturub <..> və saatlarla Kapitoliyə hücumu, dağıntıları, xaosu və insanların öldürülməsini seyr edirdu" ,- ABŞ prezidenti deyib. "Sadəcə onun dediyi şeylər haqqında düşünün! Baxın, azlıqlar haqqında necə danışır",- deyə Bayden əlavə edib. O, həmçinin vurğulayıb ki, Tramp "yalnız vətənini qalib gələndə sevən" insandır.

S.ELAY

XQ

 

Dünya