Bakı məktəblisi ABŞ-nin ən nüfuzlu 5 universitetinə qəbul və təqaüd hüququ qazanıb

post-img

Bakı şəhəri 1 nömrəli məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva ABŞ-nin ən nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanıb.

O, Birləşmiş Ştatların "Illinois Urbana Champaign" Universiteti, Purdue Universiteti, Penn Dövlət Universitetindən qəbul qazanıb.

Məktəbli bununla bərabər, Corc Vaşinqton Universitetindən 15 000 dollar, Fordham Universitetindən isə illik 25 000 dollar dəyərində təqaüd əldə edib.

G.Ağakişiyeva ABŞ hökuməti tərəfindən maliyyələşdirilən "FLEX" (Future Leaders Exchange Program) proqramının finalçısıdır. (Report)

XQ

Təhsil