Zelenski 2023-cü ilin yayında əks-hücumun niyə uğursuz olduğunu izah edib

post-img

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, o, 2023-cü ilin yayında Ukrayna ordusunun böyük əks-hücumunun əvvəldən məhvə məhkum olduğunu təxmin edib. “Business Insider” xəbər verir ki, o, bu barədə fikirlərini “Axel Springer”ə müsahibəsində bildirib.

"Ruslar bizim hara hücum edəcəyimizi bilirdilər. Hardan bildilər? Bu məlumatı haradan əldə ediblər? Bunu sizə deyə bilmərəm. Tarix göstərəcək", - deyə Zelenski bildirib. "Ötən ilki əks-hücum o qədər də uğurlu olmayıb. İstədiyimiz nəticəni əldə edə bilmədik”.

Rusiyanın Ukraynanın planlarından əvvəlcədən xəbər tutması ilə yanaşı, prezident bəzi problemlərə görə Ukraynanın günahkar olduğunu bildirib. O, həmçinin bildirib ki, qoşunlar “düzgün təchiz olunmayıb”.

Bununla belə, Zelenski əlavə edib ki, əks-hücumun “müsbət tərəfi” də var:

"Məsələn, Qara dənizdə nə etdik. Bu, müsbət idi. Qara dənizdə alternativ taxıl dəhlizi yaratdıq və Rusiya donanmasının bir çox hissəsini məhv etdik. Bütün bunlar böyük uğurdurmu? Bir tərəfdən, yox. Digər tərəfdən, Ukrayna tab gətirdi, bu, böyük uğurdur”.

Zelenski, həmçinin bildirib ki, artıq 2024-cü ildə Ukraynanın əks-hücum planları var: “Və bu əks-hücum bizə müəyyən nəticələr verməlidir”.

Zelenskinin 2024-cü ildə uğurlu əks-hücum üçün vizyonunun bir hissəsi hava limanları və körpülər kimi kritik infrastruktura, yəni Krım körpüsünə zərbə endirməkdən ibarətdir.

O, körpünün bu il dağıdılması ilə bağlı suala “Biz bunu çox istəyirik” deyib.

Amma Krım körpüsü yeganə məqsəd deyil. Prezident vurğulayıb: "Söhbət hərbi hədəf olan bəzi infrastruktur obyektlərindən gedir... Orada silahların gətirildiyi körpülər var. Təyyarələr havaya qalxıb bizi bombalayır. Bunlar qanuni hədəflərdir.Hələ Ukraynanın işğal olunmuş ərazilərində yerləşdiklərini demirəm”.

Xatırladaq ki, fevralın sonunda prezident Vladimir Zelenski bu il Ukraynanın nəinki özünü müdafiə edəcəyini, həm də yeni əks-hücuma hazırlaşacağını bildirmişdi: "Əlbəttə, biz yeni əks-hücum, yeni əməliyyat hazırlayacağıq. Təbii ki, mən demirəm ki, biz orada dayanacağıq. Bu, çox şeydən asılıdır".

S.ELAY

XQ

 

 

 

 

 

Dünya