Kaya Kallas NATO-nun baş katibi ola bilər

post-img

Estoniyanın baş naziri, 46 yaşlı Kaya Kallas NATO-nun yeni baş katibi olmağa ən çox ehtimal olunan namizəddir. “Estonian World” onlayn jurnalının məlumatına görə, Kallas NATO-nun növbəti baş katibi olmaq üçün ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan dəstək alıb. Xəbəri “Anadolu” verib. 

Məlumata görə, baş nazir Ukraynaya verdiyi güclü dəstəyi və Rusiya ilə bağlı analitik bəyanatları sayəsində beynəlxalq mediada özünü tanıdıb. Bir müddət əvvəl NATO-nun baş katibi olmaq üçün favorit hesab edilən Hollandiyanın baş naziri Mark Rutte ölkənin müdafiə xərcləri ilə bağlı səbəblərdən gündəmdən düşüb.

İxtisasca hüquqşünas olan Kallas 2023-cü ilin dekabrında NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra onun yerinə keçməkdə maraqlı olduğunu bildirib.

Norveçin keçmiş baş naziri Stoltenberq 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edir və onun səlahiyyət müddəti dörd dəfə uzadılıb.

P.ƏMİRCANOV
XQ

Dünya