Yaponiyanın imperator ailəsi də “Instagram” hesabı açdı

post-img

Yaponiyanın imperator ailəsi sosial mediada debüt edib. İmperatorun məhkəmə idarəsi bu gün “Instagram” hesabı açıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, sosial media platformasında səhifə açılması yaponları imperator ailəsinin fəaliyyəti barədə məlumatlandırmaq məqsədi daşıyır.

İmperator ailəsinin şəkillərinin yerləşdirildiyi “Instagram” səhifəsini gün ərzində 300 min nəfər izləyib.

Dünya