Ukrayna Prezidenti Volodimir Zelenski etiraf edib ki, ABŞ onlara maliyyə yardımını dayandırarsa, ölkəsinin Silahlı Qüvvələri geri çəkilməli olacaq. O, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində bildirib. Məlumatı “İzvestiya.ru” yayıb.
“Əgər Amerikanın dəstəyi olmasa, bu, o deməkdir ki, bizim hava hücumundan müdafiə sistemimiz, “Patriot” raketlərimiz, elektron döyüş qabiliyyətimiz, 155 mm-lik artilleriya mərmilərimiz olmayacaq”, - deyə Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, belə bir ssenari birbaşa Ukrayna Silahlı Qüvvələrinin “addım-addım” geri çəkilməsini nəzərdə tutur.
P.ƏMİRCANOV
XQ