İraqın şimalında 3 terrorçu zərərsizləşdirilib

post-img

İraqın şimalında “Pənçə-Kilit” əməliyyatı bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə martın 27-də Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib. 

Məlumatda Türkiyə Silahlı Qüvvələrinin terrora və terrorçulara qarşı mübarizəni davam etdirdiyini qeyd edib: “Əməliyyatlarımız əzm və qətiyyətlə davam edəcək”. 

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər 7500 türk təhlükəsizlik qüvvəsi və 6800 dinc sakin bu qanlı təşkilatın əli ilə həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.

 

P.ƏMİRCANOV

XQ

Dünya