Baltimorda yük gəmisi körpünü uçurub

post-img

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində yük gəmisinin toqquşması nəticəsində 2,5 km uzunluğunda avtomobil körpüsü suya düşüb.

Yerli mətbuatın məlumatına görə, Sinqapur bayraqlı “Dali” gəmisi körpünün dayağına çırpılaraq alovlanıb. Konstruksiyanın uçması nəticəsində bir neçə avtomobil çaya düşüb.

Hadisənin çoxsaylı insan tələfatına səbəb olması ilə bağlı qorxular var. Dərhal xilasetmə gəmiləri və helikopterlərin iştirakı ilə təcili əməliyyat başlayıb. Çayda azı 7 nəfərin axtarıldığı bildirilib. İki nəfər xilas edilib, onlardan birinin vəziyyəti ağırdır. Səhər saatlarında suyun temperaturu 8 dərəcə olub. 

Əvvəlcə Baltimordan Kolomboya gedən gəminin batdığı bildirilirdi, lakin sonradan səlahiyyətlilər bu məlumatı təkzib etdilər. 

Körpünün 1977-ci ildə tikildiyi bildirilir.

S.ELAY

XQ

Dünya