Avropa Komissiyası (AK) rəqəmsal bazarlar haqqında qanunun tələblərinə əməl etməməkdə şübhəli bilinən “Alphabet”, “Apple” və “Meta” şirkətləri ilə bağlı araşdırmaya başlayıb. Bu barədə Avropa İttifaqının ali icraedici orqanının saytında məlumat verilib.
Komissiya Alphabet və Apple-ın tətbiq mağazaları ilə bağlı Rəqəmsal Bazarlar Aktını (DMA) pozub-pozulmadığını qiymətləndirmək üçün araşdırmalar açıb. DMA, proqram tərtibatçılarına istehlakçıları heç bir ödəniş etmədən Google Play və Tətbiq Mağazalarından kənar təkliflərə yönləndirməyə imkan verən xidmətlər tələb edir.
AK, həmçinin Google axtarış nəticələrinin göstərilməsinin oxşar rəqabət aparan xidmətlərə nisbətən Alphabet xidmətlərinə üstünlük verilməsinə gətirib çıxara biləcəyini, yəni ayrı-seçkilik olub-olmadığını öyrənmək niyyətindədir.
Komissiya, həmçinin narahatdır ki, “Apple” istifadəçilərə öz iPhone-larında brauzer və ya axtarış sistemi kimi alternativ standart xidməti asanlıqla seçməyə mane ola bilər.
AK saytında verilən məlumata görə, Meta-ya qarşı tətbiq etdiyi “ödə və ya razılaş” modelinin qanuniliyini yoxlamaq üçün araşdırma başladılıb. Məsələ burasındadır ki, istifadəçilərdən ya hədəflənmiş reklamdan imtina etmək üçün pullu abunəyə yazılmaq, ya da onun mövcudluğuna razılıq vermək tələb olunur.
Komissiya martın 25-də açılan prosesi 12 ay ərzində başa çatdırmaq niyyətindədir.
"Wall Street Journal" xəbər verir ki, martın 6-da Avropa İttifaqında rəqəmsal xidmətlər haqqında qanunun texnologiya şirkətləri arasında rəqabəti artırmaq məqsədi daşıyan yeni maddələri qüvvəyə minib. Qanun altı texnoloji nəhəngin, yəni Alphabet, Amazon, Apple, ByteDance (TikTok operatoru), Meta və Microsoft-un 22 xidmətinə şamil edilir.
Qanuna əsasən, şirkətlər qaydaları pozduqları təqdirdə qlobal illik gəlirin 10%-i, təkrar pozduqları təqdirdə isə 20%-i məbləğində cərimə olunacaqlar. Qaydalar arasında xidmət istifadəçilərinin alternativ və daha ucuz rəqib xidmətləri haqqında məlumatlandırılmasına müdaxilənin qadağan edilməsi də var.
S.ELAY
XQ