"Binance"in varisi "CommEX" birjası bağlandığını elan edib

post-img

Sanksiyaların tətbiqindən sonra Rusiya istifadəçiləri üçün "Binance" kriptovalyuta birjasının varisi olan "CommEX birjası" bağlandığını elan edib. Martın 25-dən etibarən birja yeni istifadəçilərin qeydiyyatını və "Binance"dən aktivlərin köçürülməsini bağlayacaq. Şirkət bağlanma qərarını "mövcud vəziyyətin hərtərəfli təhlili və strateji planların nəzərdən keçirilməsi" ilə izah edir.

2023-cü ilin sentyabrında sanksiya riskləri ilə əlaqədar, eləcə də Rusiyanı tərk etmək fonunda "Binance" kriptovalyuta birjası bütün Rusiya biznesini geri almaq imkanı olmadan "CommEX"-ə satmışdı. "Binance" müştəriləri öz hesablarını "CommEX" hesablarına bağlaya və rublla əməliyyatlar apara bilərdilər.

S.ELAY

XQ

Dünya