ABŞ-ın hazırkı prezidenti Co Bayden Luiziana ştatında dövlət başçısı seçkilərində Demokratlar Partiyasının praymerizində qalib gəlib. Sabiq prezident Donald Tramp eyni ştatda Respublikaçıların praymerizində qalib gəlib.
NBC News D.Trampın Luiziana ştatında səslərin 90,1%-ni qazanacağını proqnozlaşdırır. Cənab Bayden 86% səslə liderlik edir.
Həm Co Bayden, həm də Donald Tramp artıq prezidentliyə namizədliyini təmin ediblər. Səsvermə noyabrın 5-də keçiriləcək.
S.ELAY
XQ