Polşa Silahlı Qüvvələri Rusiyanın uzaqmənzilli aviasiyasının fəaliyyəti səbəbindən F-16 qırıcı təyyarələrini havaya qaldırıb. Bu barədə Polşa komandanlığı X səhifəsində yazıb.
“Silahlı Qüvvələrin operativ komandanlığı bu gecə Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə hava və raket hücumları ilə bağlı intensiv hərəkətlərini izləyir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb və komandanlıq vəziyyəti daim nəzarətdə saxlayır.
Komandanlıq həmçinin xəbərdarlıq edib ki, ölkədə aviasiya fəaliyyətləri ilə əlaqədar xüsusilə Polşanın cənub-şərqində səs-küy səviyyəsi yüksələ bilər.
Martın 24-nə keçən gecə məlum olub ki, bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
S.ELAY
XQ