NATO Rusiya ilə birbaşa toqquşmaya hazırdır - admiral Bauer

post-img

Alyansın yüksək səviyyəli rəsmisi qeyd edib ki, blok təhlükəsizlik təhdidlərini nəzərə alır və istənilən ssenariyə hazırlaşır.

NATO ölkələri Rusiya ilə potensial birbaşa toqquşmaya hazırlaşır.

Bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer ArmyInform-a müsahibəsində bildirib. Onun sözlərinə görə, Alyans təhlükəsizlik vəziyyətindəki dəyişikliyi hələ 2014-cü ildə, Krımı Rusiyanın işğalından sonra anlayıb. 2019-cu ildən NATO ölkələri kollektiv təhlükəsizliyə qayıtmağa başlayıblar: onlar müdafiə strategiyalarını, əməliyyat planlaşdırmalarını və bütün bu vəzifələri yerinə yetirmək üçün tələb olunan qüvvələri dəyişiblər.

"İndi biz hamımız başa düşürük ki, kollektiv təhlükəsizliyə qayıdış kontekstində vaxt bizim tərəfimizdə deyil. Çünki düşmən sizə nə vaxt və harada hücum edəcəyinə, münaqişənin nə qədər davam edəcəyinə qərar verir. Ukrayna təəssüf ki, buna əmin olub. Biz buna hazırıqmı? Cavab: Bəli! Bu bizim əsas vəzifəmizdir -hazırlıqlı olmaq. Əgər bu gün baş verərsə, o zaman əlinizdə olanlarla mübarizə aparmalısınız",- cənab Bauer əlavə edib.

Eyni zamanda, Bauer qeyd edib ki, müasir müharibənin başqa ölçüləri də var, məsələn, kiberməkanda və ya kosmosda hücumlar, Rusiyanın da Arktikada, Atlantik okeanının qərbində, Afrikada, Aralıq dənizində, Qara dənizdə təsir imkanları var. Onun sözlərinə görə, yalnız şərq cinahına diqqət yetirmək səhvdir, çünki ruslar təkcə orada deyil. NATO daim onların hərəkətlərini izləyir və lazım gələrsə, müvafiq cavab verir.

S.ELAY

XQ

Dünya