Pentaqon "F-35"lərin seriyalı istehsalına razılıq verdi

post-img

ABŞ Müdafiə Nazirliyi beş illik gecikmədən sonra beşinci nəsil "F-35 Lightning II" qırıcısının kütləvi istehsalına icazə verib. Bu barədə "Breaking Defence" yazır.

Qeyd olunur ki, bu qərar "F-35"in ilkin əməliyyat sınaqlarının nəticələrinə, habelə Pentaqonda hazırlanan döyüş atışları ilə bağlı test hesabatına baxılan görüşdən sonra verilib.

Fevral ayında məlum olub ki, "F-35" 2029-cu ildə "Pratt & Whitney" tərəfindən "Engine Core Upgrade" proqramı çərçivəsində inkişaf etdirilən təkmilləşdirilmiş "F135" mühərriklərini alacaq.

XQ

Dünya