Yaşar Gülər: Türkiyə terror bəlasını aradan qaldıracaq

post-img

Türkiyə terror bəlasından ən qısa zamanda xilas olacaq.

XQ türk KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O qeyd edib ki, təhlükəsizlik kilidi bağlanana qədər və İraqın şimalı terrorçulardan təmizlənməyincə mübarizə bitməyəcək.

“Bizim heç bir ölkə ilə problemimiz yoxdur, heç bir ölkənin torpağında gözümüz yoxdur. Bu yay İraq sərhədimizi qoruyacaq çəmbəri tamamlayacaq və terror məsələsini problem olmadan aradan qaldıracağıq. Terrorla mübarizə Şimali İraqda terror təşkilatı PKK tərəfindən didərgin salınan kəndlilərin təhlükəsizliyi və dincliyi üçün də vacibdir”, - deyə o, əlavə edib.

Anar ƏLİ,

XQ

 

Dünya