Erməni KİV: Hakimiyyət rəqəmləri şişirdərək, insanları iqtisadi artımla heyrətləndirmək istəyir

post-img

Ermənistan iqtisadiyyatı inanılmaz “qələbə kampaniyasını” davam etdirir. Amma artan iqtisadiyyat deyil, yalnız göstəricilərdir. İqtisadiyyat hələ də passivdir, inkişaf yoxdur, baxmayaraq ki, iqtisadi artım göstəriciləri yeni zirvələrə çatır.

“Caliber” xəbər verir ki, bu barədə Ermənistanın “168.zham” nəşrində dərc olunan məqalədə deyilir.

“İlin əvvəlində sənaye istehsalı 21 faiz artıb, elektrik enerjisi istehsalı isə azalıb. Sənayedə məhsul istehsal etmək üçün istifadə edilməli olan elektrik enerjisi artmadı, amma sənayenin nə qədər “ağır” fəaliyyət göstərdiyini görə bilərik. Bunu dünyanın heç bir iqtisadiyyatında tapa bilməzsiniz. Bu, fantastikdir, çünki sənaye istehsalı 21 faiz arta və elektrik enerjisi istehsalı 6,4 faiz azala bilməz. 

Ötən ilin əvvəlində Ermənistanda elektrik enerjisi istehsalı 1,5 faiz azalıb. Bu il daha çox azalsa da, sənaye istehsalının artım tempi dəfələrlə yüksək olub. Bunun necə mümkün olduğunu görmək çətin deyil. Əslində inkişaf edən sənaye deyildi, daha çox məhsul istehsal olunurdu, əksinə, təkrar ixrac sxemləri təkmilləşdi. Əvvəllər mallar xaricdən gətirilir, reeksport edilirdisə, son aylarda idxal olunmağa, sənədlərlə erməniləşdirilməyə, sonra isə yenidən ixrac edilərək Ermənistanda istehsal olunmağa başlanılıb. Bu, həm də Ermənistan hakimiyyətinin ötən ilin sonlarından Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalardan yan keçməyinin bir yoludur. Hakimiyyət iqtisadi artım adı altında rəqəmləri şişirdərək, insanları heyrətləndirmək, görünməmiş uğur və nailiyyətlər təəssüratı yaratmaq üçün bunu edirlər. Belə tədbirlərlə yaxın gələcəkdə iqtisadiyyatın, xüsusən də sənayenin daha böyük və fantastik artım nümayiş etdirməsi mümkündür. Amma iqtisadiyyat əvvəlki kimi acınacaqlı vəziyyətdə qalmağa davam edəcək”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya