Fidan martın 7-8-də ABŞ-a səfər edəcək

post-img

Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın ABŞ-a səfəri zamanı regional və qlobal məsələlər müzakirə olunacaq. Məlumatı “Anadolu” verib. 

Diplomatik mənbələrdən alınan məlumata görə, xarici işlər naziri ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti ilə martın 7-8-də ABŞ-da rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində keçiriləcək Türkiyə-ABŞ Strateji Mexanizminin 7-ci iclasında tərəflər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə ikitərəfli əməkdaşlığın geniş sahələrini ətraflı müzakirə edəcəklər. Tərəflər mühüm qlobal və regional hadisələrlə bağlı hərtərəfli dialoq aparacaqlar.

Fidanın Vaşinqtona səfəri zamanı ABŞ Senatının üzvləri və ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşləri gözlənilir. Səfər zamanı Fidan beyin mərkəzlərinin fəaliyyətində də iştirak edəcək.

Amerikanın səlahiyyətli nümayəndələri ilə görüşlər zamanı nazir həmsöhbətlərinə FETÖ və PKK/YPG terror təşkilatı ilə mübarizədə Türkiyənin gözləntilərini çatdıracaq.

Səfərin gündəliyində ortaq müdafiə sənayesi layihələri, F-16 proqramı ilə bağlı prosesdə sağlam irəliləyiş, F-35 proqramında müvafiq prosedurların tamamlanması, Türkiyənin CAATSA sanksiyalarından istisna tələb etməsi kimi məsələlər də var.

 

P.ƏMİRCANOV

XQ

Dünya