Alen Simonyan: Ermənistan Aİ üzvlüyünə namizəd olmağa hazırdır

post-img

Ermənistan Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ üzvlüyünə namizəd olmağa hazırdır. Belə bir bəyanatla respublika parlamentinin spikeri Alen Simonyan çıxış edib. 

Simonyan jurnalistin Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ üzvlüyünə namizəd olmağa hazır olub-olmaması sualını cavablandırarkən deyib: “Biz birmənalışəkildə hazırıq”.

Onun sözlərinə görə, Ermənistan “təhlükəsizliyimizi maksimum təmin etmək” istiqamətdə hərəkət edəcək.

Simonyan deyib: “Bu gün demokratiya, demokratik ölkə olmaq ən böyük təhlükəsizlik sistemidir. Biz inanırıq ki, təhlükəsizliyimiz demokratik ölkə olmaqdan, demokratik sistemlə sıx əməkdaşlıq etməkdən keçir”.

 

P.ƏMİRCANOV

XQ

Dünya