Fidan və Blinken arasında görüş

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken blokadadakı Qəzza zolağında atəşkəsin təmin edilməsinə yönəlmiş addımları müzakirə ediblər. Məlumatı “Anadolu” verib. 

Diplomatik mənbələrdən alınan məlumata görə, Fidan və Blinken G-20 ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyrada keçirilən toplantısı çərçivəsində görüşüblər.

Xarici işlər nazirliklərinin rəhbərləri, həmçinin, regional məsələlər, xüsusilə NATO-nun genişlənməsi prosesi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları ətrafında fikir mübadiləsi aparıblar.

Fidan və Blinken gələcək yüksək səviyyəli səfərlərin cədvəlini də müzakirə ediblər.

R. FİKRƏTOĞLU

XQ

Dünya