Asiya Parlament Assambleyasının Nizamnaməsi ilə tənzimlənən mövcud orqanların fəaliyyətinin gücləndirilməsi və səmərəliliyinin artırılması vasitəsilə qurumun işi daha da yaxşılaşdırıla bilər. Yeni mexanizmlərin yaradılması işimizi xeyli zənginləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında deyib.
O bildirib ki, Azərbaycan parlamenti APA-ya mühüm platforma kimi baxır. Bu, bizim parlamentlərarası dialoqumuzu dərinləşdirmək üçün birgə istəyimizi əks etdirir. Sahibə Qafarova, eyni zamanda, təşkilatın institusional potensialının inkişafının əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edib.