Türkiyə “KAAN”ın sınaq uçuşunu uğurla həyata keçirdi

post-img

Bu gün Türkiyə istehsalı olan milli döyüş təyyarəsi “KAAN” ilk uçuşunu uğurla həyata keçirib. Məlumatı Türkiyə mediası verib. 

Məlumata görə, “KAAN”ın ilk sınaq uçuşunu pilot Barbaros Dəmirbaş icra edib.

Qeyd edək ki, beşinci nəsil qırıcı olan “KAAN” 2017-ci ildən Türkiyədə “Milli döyüş təyyarəsi” proqramı çərçivəsində yaradılıb, 2028-ci ildə isə kütləvi istehsalına başlanılacağı planlaşdırılır. “KAAN” ilə Türkiyə bu səviyyədə (5-ci nəsil) təyyarə istehsal edə bilən 5 ölkədən biri olacaq. Döyüş təyyarəsi hər cür hava və yer hədəflərinə strateji hücum imkanı verəcək. O, səsdən yüksək sürətlə dəqiq və tam vurmaq xüsusiyyətləri ilə fərqlənir.

Xatırladaq ki, Türkiyə və Azərbaycan beşinci nəsil “KAAN” qırıcısının yaradılması layihəsi çərçivəsində əməkdaşlıq barədə razılığa gəliblər.

XQ









Dünya