İsrail HƏMAS hərəkatı üzərində tam qələbəyə nail olmaq əzmindədir ki, bu da Qəzza zolağında saxlanılan girovların azad edilməsi deməkdir.
TASS xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ yəhudi təşkilatlarının rəhbərliyi ilə söhbətində deyib. O, İsrail ordusunun Qəzzada HƏMAS batalyonlarının dörddə üçünü məhv etdiyini qeyd edib. Baş nazir Qətərə təzyiq göstərilməklə girovların tez zamanda azad edilməsinin mümkün olacağını bildirib.
B.Netanyahunun sözlərinə görə, İsrail tərəfi mülki əhalinin döyüş bölgəsini tərk edərək təhlükəsiz zonaya keçmək imkanına malik olacağına zəmanət verir.
Rizvan FİKRƏTOĞLU
XQ