ABŞ-nin müdafiə naziri yenidən xəstəxanaya yerləşdirilib

post-img

ABŞ müdafiə naziri Lloyd Ostin bazar günü günortadan sonra xəstəliyi ilə əlaqədar yenidən xəstəxanaya – Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilibb. Bu barədə Pentaqonun məlumatında bildirilir.  

Nazirliyin sözçüsü Pat Rayder deyib ki, Ostin məlum xəstəliyi ilə əlaqədar simptomlar inkişaf etdiyindən təhlükəsizlik işçiləri tərəfindən xəstəxanaya aparılıb.

Onun sözlərinə görə, Ostinin xəstəxanaya düşməsi barədə Ağ Evə və ABŞ Konqresinə o cümlədən müdafiə nazirinin müavini və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinə məlumat verilib.

Rayder əlavə edib ki, Ostin hazırda öz vəzifə və öhdəliklərini yerinə yetirir: “Biz ən qısa zamanda Ostinin vəziyyəti ilə bağlı yeni məlumatları təqdim edəcəyik”. 

Ostin dekabrın 22-də prostat xərçəngi əməliyyatından sonra infeksiyaya görə yanvarın 1-də xəstəxanaya yerləşdirilmişdi .

P.ƏMİRCANOV
XQ

Dünya