Hollandiya Müdafiə Nazirliyi Kiyevə yardımla bağlı məhdudiyyətlərdən imtina etməyə çağırıb

post-img

Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, Ukraynaya hərbi yardım, o cümlədən Kiyevə silah tədarükü heç bir şəkildə məhdudlaşdırılmamalıdır. Nazirin sözləri "Met het Oog op Morgen" yayım korporasiyası tərəfindən yayımlanıb.

Ollonqrenin fikrincə, Kiyevə hərbi dəstək “davamlı” olmaklıdır, çünki təkcə Ukraynanın deyil, Hollandiyanın da təhlükəsizliyi ondan asılıdır: "Söhbət silahlara, adi silahlara, hərbi təlimlərə və ehtiyat hissələrin tədarükünə gəldikdə, mənim anladığım qədər, heç bir məhdudiyyət olmamalıdır".

Ötən gün krallığın müdafiə nazirliyinin rəhbəri Hollandiyanın Ukraynaya daha 6 F-16 qırıcısı təhvil verməyə hazırlaşdığını açıqlamışdı.

Bundan əvvəl ölkə Ukraynaya Avropa Birliyinə daxil olmaq yolunda kömək təklif etmişdi.

S.ELAY

XQ

Dünya