ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Yəməndə husilərə qarşı yeni zərbə endirib. Bu barədə CENTCOM X sosial şəbəkəsində məlumat yayıb.
ABŞ ordusu Yəmənin husilərin nəzarətində olan ərazilərində raket və pilotsuz təyyarələr aşkarlayıb və onların ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini və ticarət gəmilərini təhdid etdiyini müəyyən edib. “Özünümüdafiə məqsədilə” zərbə fevralın 9-da həyata keçirilib.
İki pilotsuz suüstü gəmi, dörd gəmi əleyhinə qanadlı raket və yerdən atılan bir qanadlı raket vurulub. CENTCOM bildirir ki, onlar Qırmızı dənizdəki gəmilərə qarşı buraxılmağa hazır vəziyyətdə olub.
“Bu hərəkətlər naviqasiya azadlığını qoruyacaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz edəcək”, - komandanlıq əlavə edib.
CENTCOM bundan əvvəl də Yəmən husi yaraqlılarının Qırmızı dənizdə hücumlar üçün hazırladığı iki mobil gəmi əleyhinə qanadlı raketi vurduğunu bildirmişdi.
S.ELAY
XQ