Şolts ABŞ Konqresinə müraciət edib

post-img

Almaniya kansleri Olaf Şolts ABŞ Konqresinə Ukraynaya yardımın ayrılmasını razılaşdırmağa çağırıb. "Die Zeit" xəbər verir ki, o, ABŞ-a səfər etməzdən əvvəl belə bir açıqlama verib.

"Ümid edirəm ki, ABŞ və Amerika Konqresi tezliklə lazımi dəstəyi maddi cəhətdən mümkün etmək qərarına gələcəklər", - o deyib.

Onun nöqteyi-nəzərindən Rusiya ümid edir ki, Qərb Ukraynaya dəstəyi dayandıracaq, ona görə də ABŞ və Avropa ölkələri o qədər töhfə verməlidir ki, Moskvanın planları baş tutmasın. 

XQ

Dünya