ABŞ və Britaniya Yəmənə 15 hava hücumu həyata keçirib

post-img

ABŞ və Böyük Britaniya Yəməndəki husilərin mövqelərinə yenidən hücum edib. "Al Mayadeen" telekanalının məlumatına görə, Yəmənin qərbindəki Hudeyda əyalətinə 11, ölkənin şimalındakı Saada əyalətinə isə 4 hava zərbəsi endirilib.

ABŞ Mərkəzi Komandanlığı xəbəri təsdiqləyib.

ABŞ 2024-cü ilin yanvarından bəri Yəmənə dəfələrlə zərbələr endirib. Vaşinqton bunu husilərin Qırmızı dənizdə ticarət və döyüş gəmilərinə davam edən hücumlarına cavab kimi əlaqələndirir. 

Fevralın 3-ü axşam saatlarında ABŞ və Britaniya silahlı qüvvələri Yəməndə 36 hədəfə zərbələr endirib. Hücum Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Hollandiya və Yeni Zelandiyanın dəstəyi ilə həyata keçirilib.

XQ

Dünya