NATO-nun baş katibinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

post-img

Baş katib Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Bu barədə Verdens Gang (VG) məlumat yayıb.

Qeyd olunur ki, Stoltenberqin namizədliyi Norveçin keçmiş mədəniyyət naziri Abid Raca tərəfindən irəli sürülüb.

“Son bir ildə Avropada və dünyada sülh və demokratiya üçün Yens Stoltenberq qədər heç kim daha çox iş görməyib”,- Raja fikrini əsaslandırıb.

Bundan əvvəl ABŞ-ın sabiq prezidentinin Nobel Sülh Mükafatına namizəd olduğu məlum olub. Donald Trampın Nobel mükafatına namizədliyinin təşəbbüskarı Nyu-York ştatından olan konqres üzvü, respublikaçı Klaudiya Tenni olub. O hesab edir ki, Trampın belə bir mükafat alması üçün İsraillə bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşması üçün əsas olan İbrahim sazişinin imzalanmasının təşviqi dayanır. Tenninin sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti bu sahədə misli görünməmiş səylər göstərib və bu səylər hələ də Nobel Komitəsi tərəfindən layiqincə tanınmayıb.

"Fox News" xatırladır ki, Tramp İbrahim sazişlərinin imzalanmasında iştirakına görə artıq bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib. Amma sabiq prezident heç vaxt buna nail ola bilməyib.

S.ELAY

XQ

Dünya