Heç bir dövlət Ermənistanın müdafiəsini üzərinə götürməyə hazır deyil – Rəy

post-img

İrəvanın başqa müttəfiq axtarışı asan olmayacaq. Hazırda heç bir ölkə Ermənistanın sərhədlərinin və suverenliyinin müdafiəsini birbaşa öz üzərinə götürməyə hazır deyil. 

“Caliber” xəbər verir ki, bunu Ermənistanın Sivilizasiyalar və Mədəniyyət Araşdırmaları Mərkəzinin elmi işçisi, politoloq Narek Sukiasyan yerli KİV-ə müsahibəsində deyib.

Rusiyanın Ermənistanın müttəfiqi olaraq qalıb-qalmamasına gəlincə isə, politoloq xatırladıb ki, siyasi müstəvidə iki ölkə arasındakı münasibətlər görünməmiş böhran həddindədir: “Çünki heç bir tərəf mövcud böhrandan birtərəfli güzəştlər bahasına çıxmaq arzusunda deyil. Ermənistan hakimiyyəti Rusiyanı siyasi baxımdan ümid etdikləri müttəfiq hesab etmir, üstəlik, Rusiyaya qarşı ittihamlar irəli sürülür. Ona görə də siyasi ruhda iki ölkəni müttəfiq hesab etmək çətindir. Baxmayaraq ki, bu münasibətlərin səviyyəsini müəyyən edən bütün hüquqi aktlar öz fəaliyyətini davam etdirir”.

Rizvan FIKRƏTOĞLU
XQ

Dünya