Erməni politoloq: Ermənistanın siyasi xəttini İlham Əliyev müəyyənləşdirir

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin bütün açıqlamalarını müqayisə etsək, görərik ki, heç bir ziddiyyət yoxdur. Azərbaycanın öz xətti var və ona sadiq qalırlar. 

Bu fikirləri erməni politoloq Argişti Kiviryan yerli mətbuata müsahibəsində deyib.

Politoloq Ermənistan hökumətinin xəttini isə belə izah edib: “Nikol Paşinyan və komandası Ermənistan cəmiyyətini çaşdırmağa çalışır. Yerli hökumət çoxdan deyir ki, razılaşma var, sənədləri imzalamışıq və s. Amma Azərbaycan tərəfi susdu. Bundan sonra İlham Əliyev bir daha izah etdi ki, heç nə qərarlaşdırılmayıb”. 

O daha sonra bildirib: “2020-ci il müharibəsindən sonra Ermənistanda belə bir ənənə formalaşıb ki, ölkəmizin həm xarici, həm də daxili siyasi xəttini İlham Əliyev müəyyənləşdirir. Azərbaycan tərəfi Ermənistanda siyasi qərar qəbul edən tərəfə çevrilib”.

Rizvan FIKRƏTOĞLU
XQ

Siyasət