NBC: İqtisadi vəziyyət Co Baydenin yenidən seçilməsinə kömək edəcək

post-img

ABŞ-da tənəzzülün acınacaqlı proqnozlarına baxmayaraq, "gözlənilmədən davamlı iqtisadiyyat" Ağ evə kömək edir, bu amildən də ABŞ prezidenti Co Bayden seçkiqabağı yarışda vəziyyətdən istifadə edə bilər. Bu barədə NBC yazır.

"Administrasiyanın yüksək vəzifəli nümayəndələrinin sözlərinə görə, onlar getdikcə daha çox əmindirlər ki, yerlərdəki vəziyyət özü sözünü deyir. İqtisadiyyat 2022-ci ilin dördüncü rübü ilə keçən ilin eyni dövrü arasında 3,1% böyüyüb, bütün inflyasiya göstəriciləri azalır, əmək bazarı güclü olaraq qalır və birja rekord həddə çatıb",-mətndə yazılır.

"ABŞ prezidenti Co Bayden və onun seçki kampaniyasının liderləri bu tendensiyaları qoruyub saxlamalı, eyni zamanda, getdikcə daha çox amerikalını onlara diqqət yetirməyə məcbur etməlidirlər", - materialda qeyd edilir.

Baydenin təşviqat qərargahının nümayəndəsi son iqtisadi məlumatları "Baydenin gündəliyinin" sübutu adlandırıb və Donald Tramp administrasiyasının hakimiyyətə gələcəyi təqdirdə bütün uğurları geri qaytaracağını proqnozlaşdırıb.

Bundan əvvəl Amerikanın “Wall Street Journal” qəzeti indiki dövlət başçısı Co Bayden və eks-prezident Donald Tramp arasında prezidentlik yarışının ABŞ tarixində ən bahalı yarışa çevrilə biləcəyini, üstəlik, bu, həm də ABŞ tarixində ən uzunmüddətli yarış ola biləcəyini yazmışdı.

S.ELAY

XQ

Dünya