WP: Tramp yenidən seçilərsə, Çindən idxala 60% rüsum tətbiq edə bilər

post-img

ABŞ-ın 45-ci prezidenti Donald Tramp Çin mallarına 60%-lik rüsumların tətbiqini müzakirə edir. Qəzetə görə, sabiq prezident “qlobal ticarət müharibəsinə” gətirib çıxara biləcək “Çinə yeni genişmiqyaslı iqtisadi hücuma” hazırlaşır.

Cənab Tramp açıq şəkildə Çinin ticarət statusunu aşağı salmaq istədiyini bəyan edir. WP-yə görə, bu, rüsumların 40%-ə qədər artmasına səbəb olacaq. Bununla belə, qəzetin yazdığına görə, o, şəxsi söhbətlərində müşavirlərlə 60 faizlik rüsumların tətbiqi imkanını müzakirə edir. Eks-prezidentin nümayəndələri məlumatla bağlı şərh vermək üçün müraciətlərə cavab verməyiblər.

WP hesab edir ki, bu ssenarilərdən hər hansı biri "ABŞ və dünya iqtisadiyyatları üçün böyük xərclərə" səbəb olacaq, Donald TrAmpın ilk prezidentlik dövründəki ticarət müharibəsinin nəticələrini "xeyli üstələyəcək". Respublikaçı daha əvvəl Çindən mallara 370 milyard dollar rüsum tətbiq etmişdi.

S.ELAY

XQ

Dünya