“Google Chrome”da süni zəka dəstəyi

post-img

“Google” proqramçıları “Chrome” brauzerinə süni intellekt dəstəyi əlavə ediblər. Rusiya mediası xəbər verir ki, bu barədə layihənin bloqunda məlumat verilib.

“Windows” və “macOS”da görünəcək yeniliklər istifadəçilərə brauzer nişanlarını avtomatik olaraq qruplara ayırmağa imkan verəcək. Süni intellekt nişanlar olan qovluqlar yarada biləcək.

Adıçəkilən proqramlarda süni intellekt vasitəsilə çeşidli mövzular yaratmaq mümkün olacaq. Süni intellekt istifadəçi istəkləri əsasında ekrandakı fonları dəyişəcək.

Rizvan FİKRƏTOĞLU 
XQ

 

Dünya