ABŞ Senatının Komitəsi Rusiya aktivlərinin Kiyevə verilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib

post-img

"Reuters" xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın müsadirə edilmiş aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Agentlik yazır ki, sənədi 20 parlamentari dəstəkləyib, biri əleyhinə səs verib. Əvvəllər bu, Nümayəndələr Palatasının müvafiq komitəsi tərəfindən dəstəklənmişdi.

Qanun layihəsi “ABŞ dövlət katibinə Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlərdən, habelə Rusiya Federasiyasının digər suveren aktivlərindən istifadə etməklə Ukraynaya əlavə yardım göstərməyə icazə verilməsini” təklif edir.

Qeyd olunur ki," ABŞ-ın Rusiya suveren aktivlərinin müsadirə edilməsi və təhvil verilməsi üçün hər hansı bir səyləri əlaqələndirilmiş çoxtərəfli səylər çərçivəsində beynəlxalq müttəfiqlər və tərəfdaşlarla birlikdə həyata keçirilməlidir".

S.ELAY

XQ

Dünya