"Microsoft"un bazar qiyməti ilk dəfə olaraq 3 trilyon dollara çatıb

post-img

Bu, korporasiyanın səhmlərinin qiyməti yanvarın 24-də ticarət zamanı hər səhm üçün 403,95 dollara qalxdıqdan sonra baş verib. Ötən gün artım 1,3% təşkil edib. Beləliklə, "Microsoft" kapitallaşma baxımından dövlət şirkətləri arasında lider statusunu təmin edib.

İT nəhəngi yanvarın 11-də ilk dəfə olaraq bu sektorun digər oyunçusu "Apple" şirkətini qabaqlayıb. Daha sonra "Microsoft"un səhmləri 1,5% bahalaşıb və onun bazar dəyəri 2,888 trilyon dollara çatıb. Eyni zamanda, "Apple"ın səhmləri 0,3% ucuzlaşıb və şirkətin bazar dəyəri 2,887 trilyon dollar təşkil edib. İlin əvvəlində "Microsoft"un kapitallaşması 2021-ci ildən bəri ilk dəfə olaraq Apple-ın bazar dəyərini ötüb.

S.ELAY

XQ

Dünya