“Oskar” namizədləri açıqlanıb

post-img

Dünən 2024-cü ilin “Oskar” mükafatına namizəd filmlərin və sənətçilərin adları açıqlanıb. Ən yüksək nominasiya “Oppenheimer” filminə məxsusdur. Ekran əsəri “Oskar”a 13 nominasiyada namizəddir. “Poor Things” filmi 11, “Killers of the Flower Moon” isə 10 nominasiya ilə 2-ci və 3-cü olub.

Namizədlər aşağıdakı kateqoriyalar üzrə qruplaşdırılıb. Ən yaxşı film nominasiyası üzrə10 filmin, ən yaxşı rejissor, ən yaxşı aktyor nominasiyalarının hər birində 5 sənətçinin, ən yaxşı xarici film nominasiyasında isə 4 filmin namizədliyi irəli sürülüb. 

Xatırladaq ki, builki “Oskar” mükafatları martın 10-da Los-Ance­lesdəki “Dolby Theatre”da təqdim olunacaq.

XQ

Dünya