Türkiyəli professor xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan işi üçün patent alıb

post-img

Sivas Cümhuriyyət Universitetinin müəllimi, professor Birnur Akkaya xərçəng xəstəliklərində ölümə səbəb olan ən mühüm faktorlardan biri olan xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq üçün başladığı araşdırmada bir nəticəyə gəlib. XQ TRT-yə istinadən xəbər verir ki, o, xərçəng və bədxassəli hüceyrələrin damar səthlərinə yapışması və yayılmasının qarşısını alan sulfatidlərə bənzər xitozan törəmə birləşməsi molekulunu sintez edib.

Professor Birnur Akkaya Türkiyə Patent və Ticarət Nişanı İdarəsinə müraciət edib. Onun "Sulfata bənzər kitosan törəmə birləşməsi" adını verdiyi ixtirası milli sertifikat da alıb.

Elmi tədqiqat həm də “İnternational Journal Of Biological Macromolecules” jurnalında nəşr edilib.

Anar ƏLİ
XQ

Dünya