Münhendə 20 Yanvar faciəsinin qurbanları anılıb

post-img

XQ xəbər verir ki, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan anım tədbiri 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri Səttar Kərimov çıxışında bildirib ki, 20 Yanvar tariximizin həm kədərli, həm də qəhrəmanlıq səhifəsidir. Sovet imperiyası 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törətdiyi qanlı qətliamla xalqımızın haqq səsini boğmaq, mübarizə əzmini məhv etmək məqsədi güdüb, lakin buna nail ola bilməyib. Sovet qoşunlarının törətdiyi bu cinayətin heç bir zaman unudulmayacağı, şəhidlərimizin xatirəsinin hər zaman qəlblərdə yaşayacağı, ölkəmizin müstəqilliyinin bərqərar olması, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə onların arzusunun gerçəkləşdiyi vurğulanıb.

Tədbirdə diaspor fəalları xatirələrini bölüşüb, şəhidlərin ruhuna dualar oxuyublar.

Anar ƏLİ
XQ

Son xəbərlər