Litva Ukraynaya əlavə zirehli döyüş texnikası verəcək

post-img

Litva prezidenti Gitanas Nauseda ölkəsinin Ukraynaya əlavə zirehli texnika və döyüş sursatları göndərəcəyini bildirib.

“Gazeta.ru” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nauseda qeyd edib ki, Vilnüs dövlətin ümumi daxili məhsulunun (ÜDM) həcminə görə Kiyevi dəstəkləyən liderlərdən biridir. Onun sözlərinə görə, Ukraynaya göstərilən yardım ÜDM-in 1,45%-ni təşkil edir.

Litvanın müdafiə naziri Arvydas Anusauskasın sözlərinə görə, Kiyevə göstərilən hərbi yardımın ümumi dəyəri 500 milyon avronu keçib.

S.ELAY

XQ

Dünya