Chevron rəhbəri neft qiymətlərinin artması riski barədə xəbərdarlıq edib

post-img

Amerikanın “Chevron” neft-qaz şirkətinin rəhbəri Mayk Virt hesab edir ki, Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) Qırmızı dənizdə gəmilərə hücumları neft nəqli üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, hücumlar neftin qiymətinin artmasına səbəb ola bilər.

Chevron rəhbəri bildirib ki, ABŞ xam neftinin bir barel üçün 73 dollardan aşağı alqı-satqısına təəccüblənir, çünki husilərin hücumları səbəbindən “risklər çox realdır”. Yanvarın 16-da Davosda keçirilən Dünya İqtisadi Forumunda Chevron-un baş icraçı direktoru CNBC-yə deyib: "Bu, çox ciddi vəziyyətdir və getdikcə pisləşir".

"Dünya neftinin böyük hissəsi bu bölgədən o qədər axır ki, əgər o, bağlansaydı, məncə, vəziyyətin çox tez dəyişdiyini görərdiniz",-  Mayk Virt bildirib. Onun sözlərinə görə, risklərə baxmayaraq, onun şirkəti Qırmızı dəniz vasitəsilə neft nəqlini davam etdirir və bu məsələdə ABŞ Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq edir.

Husilərin Qırmızı dənizdə gəmilərə hücumları 2023-cü ilin dekabrında artıb. 

XQ

Dünya