İqtisad Universitetində “Yaşıl UNEC” ili elan olunub

post-img

Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini nəzərə alaraq, Azərbaycan Dövlət İqtisad Universitetində bu il “Yaşıl UNEC” ili olacaq.

Bu barədə universitetdən məlumat verilib.

“Yaşıl UNEC” ili çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planının müzakirəsi məqsədilə rektor Ədalət Muradov müvafiq strukturların, eləcə də tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb. Müzakirələr aparıldıqdan və yeni təkliflər səsləndirildikdən sonra 6 məqsəd və 30-a yaxın müxtəlif tədbir və layihəni əhatə edən tədbirlər planı təsdiqlənib. Həmçinin “Yaşıl UNEC loqosu” da “Yaşıl UNEC” ilinin rəmzi kimi qəbul edilib.





Təhsil